Məşhur ingilis aktyoru öldü

Tanınmış ingilis aktyoru Lord Riçard Atenboroq 90 yaşında dünyasını dəyişib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə aktyorun ailəsindən bildirilib. Lakin ailəsi mərhumun nədən rəhmətə getdiyi barədə heç bir açıqlama verməyib.

Mərhumun ölüm xəbərini eşidən İngiltərənin baş naziri Devid Kemeron isə twitter səhifəsindən aktyorun ailəsinə baş sağlığı verərək belə deyib: "Lordun "Brington Rock" filmindəki rolu möhtəşəm, "Ghandi" filmindəki rejissorluğu isə təsir edici idi. O, kino sahəsinin ən böyük adlarından biri idi".

Qeyd edək ki, mərhum rejissorluq etdiyi "Gandhi" filminə görə 1983-cü ildə 2 Oskar mükafatı alıb. O, eyni zamanda 4 Qızıl Qlobus mükafatının sahibi də olub. L. R. Atenborq "The Great Escape" və "Jurassic Park" filmləri ilə məşhurluq qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə