Ukraynaya məxsus daha bir helikopter vuruldu

Ukraynaya məxsus daha bir helikopter vuruldu

Luqansk vilayətində rusiyameyilli separatçılar Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Mi-24 helikopterini vurublar. SİA-nın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, Milli Təhlükəsizlik və Müdafiə Xidmətinin bununla bağlı yaydığı məlumatda bildirilir ki, helikopterin ekipaj üzvlərinin hamısı həlak olub.

Hələlik həlak olanların sayı və onların kimliyi haqqında heç bir məlumat verilmir.

Hazırda həlak olan ekipaj üzvlərinin tapılaraq, döyüş bölgəsindən çıxarılması üçün əməliyyat tədbirləri həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə