Qəzzada ölənlərin sayı 2054 nəfərə çatdı

Qəzzada ölənlərin sayı 2054 nəfərə çatdı

İsrailin Qəzzaya hücumu zamanı ölənlərin sayı 2054-ə çatıb. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Qəzzanın Səhiyyə Nazirliyinin mətbuat katibi Dr. Əşrəf əl-Kudra məlumat verib.

Onun sözlərinə görə, İsrailin atəşkəsi pozmasından sonra bu gecə qırıcı təyyarələr Qəzza Zolağının cənubunda yerləşən Rifah şəhəri və ərtaf bölgələrə hava zərbələri endiriblər. Nəticədə 3 nəfər ölüb. Hava hücumu nəticəsində bir neçə bina dağıdılıb. Mətbuat xidməti həmçinin bildirib ki, yendiən başlanan hücumlar nəticəsində 29 nəfər ölüb, 167 nəfər isə yaralanıb.

Dr. Əşrəf əl-Kudra əlavə edib ki, israilin cari ilin iyulun 7-dən bu günə qədər etdiyi hücumlar nəticəsində 10251 nəfər yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə