Qəzzada ölənlərin sayı 2016-ya çatdı

Qəzzada ölənlərin sayı 2016-ya çatdı

İsrailin Qəzza zolağı ərazisində həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində ölənlərin sayı 2016-ya çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ardıcıl hava zərbələrinə məruz qalan bölgədə 10193 nəfərin yaralandığı qeyd olunur. Məlumata görə, ölənlərdən 540 nəfəri azyaşlıdır.

Qeyd edək ki, bölgədə səhiyyə sisteminin zəif olması ölüm faktını artıran əsas səbələrdən biri kimi göstərilir.

Bütün xəbərlər Facebook səhifəmizdə