Türkiyə səfirliyi atəşə tutuldu

Türkiyə səfirliyi atəşə tutuldu

Moskvadakı Türkiyə səfirliyi atəşə tutulub. SİA bu barədə İtar-Tass agentliyinə istinadən xəbər verir. Məlumata görə, 18 avqustda səhər tezdən naməlum şəxs ov tüfəngindən Türkiyə səfirliyinin binasına atəş açıb.

Hüquq-mühafizə orqanlarından bildiriblər ki, atəş açan çəxs elə diplomatik missiyanın mühafizə xidməti tərəfindən saxlanılıb. Hadisə zamanı xəsarət alan olmayıb. İstintaq insindentin motivlərini araşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə