Ukraynada ilhaq etdiyi Krımda Rusiya tərəfindən əlahiddə hərbi birləşmə yaradılır. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidenti Vladimir Putin Krıma səfəri zamanı Yalta şəhərində keçirdiyi toplantıda deyib.
O bildirib ki, artıq Rusiya Müdafiə Nazirliyi bununla bağlı müvafiq proqram hazırlayıb: "Nazirlik Krım əlahiddə hərbi birləşməsinin formalaşması məqsədilə müvafiq addımlar həyata keçirir. Proqram böyük xərc tələb etmir və silahlanma mövcud imkanlar istifadə etməklə həyata keçiriləcək".
V. Putin əlavə edib ki, Moskva silahlanma ilə məşğul olmur, sadəcə öz Silahlı Qüvvələrinin müasir tələblərə cavab vermək üçün inkişafına çalışır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB