Medvedyevin “Twitter” səhifəsi dağıdılıb

Medvedyevin “Twitter” səhifəsi dağıdılıb

Rusiyanın baş naziri Dmitri Medvedyevin "Twitter" səhifəsi dağıdılıb. SİA-nın RİA "Novosti"-yə istinadən verdiyi xəbərə görə, səhifəyə müdaxilə edən hakerlər orada Medvedyevin istefaya getmək barədə qərar verdiyi, Krımın Rusiya ərazisi olmadığı barədə statuslar, eləcə də qeyri-etik ifadələr yazıblar.

Adının açıqlanmasını istəməyən şəxs RİA "Novosti" agentliyinə bildirib ki, D. Medvedyevin "Twitter" səhifəsi dağıdılıb, orada yazılanlar həqiqətə uyğun deyil. Hazırda səhifənin bərpa olunması üçün lazımi tədbirlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə