Qəzzada İsrailə qarşı aksiya keçirilib

Qəzzada İsrailə qarşı aksiya keçirilib

Qəzza sakinləri HƏMAS müqavimət hərəkatını dəstəkləmək üçün aksiya keçiriblər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, blokada şəraitində olan Qəzza zolağının Xan Yunis şəhərinin küçələrində təşkil edilən aksiyada minlərlə fələstinlinin iştirak etdiyi bildirilir.

Mitinq iştirakçıları HƏMAS bayraqlarını qaldıraraq Təl-Əviv hökumətinin əleyhinə şüarlar səsləndiriblər. Nümayişçilər İsrailin Fələstin xalqına qarşı yürütdüyü işğalçılıq siyasətini dayandıracağı halda, uzunmüddətli sülh barədə danışmağın mükünlüyünü bəyan ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə