Bu gün Yerevanda kütləvi qarşıdurma baş verib. SİA-nın məlumatına görə, hazırda "Orinats Yerkir" (hakimiyyətyönümlü siyasi təşkilat) partiyasının nümayəndələri ilə Yerevan Dövlət Aqrar Universitetinin tələbə və müəllim heyəti arasında yaşanan qarşıdurmanın səbəbi partiyanın universitetin ərazisində bina tikintisi ilə məşğul olmasıdır.
Partiyanın parlament fraksiyasındakı deputatı Ovanes Markaryan mətbuata açıqlamasında bildirib ki, o, etirazçılara Yerevan meriyası tərəfindən 2008-ci ildə verilmiş sənədi göstərsə də qarşı tərəf ona və partiyadaşlarına qarşı hücum edib və güc tətbiqi göstərib. Erməni deputat onu da qeyd edib ki, universitet tərhəbliyinə qərar haqqında daha öncələr də məlumat verilib.
Qeyd edək ki, tələbələr tikinti üçün quraşdırılmış dəmir hasarları yıxaraq, bir neçə nəfərə ciddi bədən xəsarətləri yetiriblər. Bununla bağlı "Orinats Yerkir" partiyasının parlamentfraksiyasında təmsil olunan digər deputatı Egine Bişaryan jurnalistlərə açıqlamasında deyib ki, hüquq-mühafizə orqanları Aqrar universitetinin müəllim və tələbə heyətinə qarşı cinayət işi açmalıdır. "Aşırılan hasarlar az qalmışdı mənim üstümə gəlsin"-deyə bildirən Bişaryan onu da qeyd edib ki, hadisəni törədənlər xuliqanlıq ediblər və nədənsə təhsil müəssisəsinin 70 yaşlı rektorunu gənc mütəxəssislər əvəz etmir: "Görünür bu universitetdə ciddi korrupsiya halları da mövcuddur. Bir də ki, harada görünüb ki, Yerevanın düz mərkəzində aqrar sahə üzrə təhsil verən universitet olsun? Belə təhsil obyektləri əyalətlərdə olmalıdır və biz parlamentin iclasında bu məsələni qaldırmalı olacağıq".
Xatırladaq ki, artıq Aqrar universitetinin rəhbərliyi Yerevan meriyası və "Orinats Yerkir" partiyası ilə bağlı insan haqları üzrə təşkilatlara müraciət edəcəklərini bəyan edib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB