Ərdoğan:"Abdullah bəyin partiyamıza dönməsindən daha yaxşı bir şey ola bilməz"
Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğan keçmiş prezident Abdullah Gülün gələcək fəaliyyəti ilə bağlı açıqlama verib. SİA-nın tür mətbuatına istinadən verdiyi xəbərə görə, Abdullah Gülün Çankaya Köşkündə düzənlənən vida toplantısına qatılan Ərdoğan önəmli açıqlamalar verib.
"Abdullah bəyin partiyasına, partiyamıza dönməsindən daha yaxşı bir şey ola bilməz. Belə bir addımın atılması da gözəldir"- deyə, Ərdoğan qeyd edib.
Yeni prezident Abdullah Gülün partiya sədri olmayacağına da işarə edib: "Partiyamızın sədri və baş nazir ayrı adamlar ola bilməz. Allah nəsib edərsə ayın 27-də toplantımızı keçirəcəyik.Partiyamızda heç bir dəyişiklik olmayacaq, sadəcə sədr seçəcəyik."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB