Massaçusets Texnologiya İnstitutunun bir qrup mühəndisi Pentaqonun sifarişi ilə səhra şəraitində yemək hazırlamaq üçün 3D-printerin yaradılması üzərində çalışır. ABŞ ordusunun ehtiyacları üçün printer layihəsinin texniki detalları hələlik açıqlanmır. Bircə o məlumdur ki, iş prinsipinə görə bu 3D-printeri başqa printerlərə bənzəyəcək.
"Kulinariya maşını"nın operatoru əsgərlərin zövqünü nəzərə alıb məlumatları kompyuterə ötürəcək, sonra kompyuter 3D-printerə komanda verəcək, o isə üstünlük verilən inqrediyentlərlə (çəkilmiş ət, çiy xəmir və s.) sifariş verilmiş yeməyi pitsa, yaxud piroq şəklində hazırlayacaq. Belə forma təsadüfən seçilməyib: o, səhra şəraitində daha əlverişlidir.
Mühəndislər bildirirlər ki, etibarlı və yığcam qurğunun istifadəsi asan olacaq. Bundan əlavə, yeməyin tərkibinə görə kalori, protein, vitamin və karbohidratların miqdarını nəzarətdə saxlamaq mümkün olacaq.
Hərbi ekspertlərin fikrincə, orduda belə 3D-printerlərdən istifadə etməklə əsgərlərin yemək çeşidini rəngarəng etmək, tarazlaşdırmaq, ən başlıcası isə xərcləri azaltmaq mümkündür. Layihəyə Pentaqonla bərabər, NASA da maraq göstərir. O, kosmik ekspedisiyaların iştirakçıları üçün qida printerinin işlənib hazırlanmasını maliyyələşdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB