Jurnalist nazirin telefonunu oğurladı

Jurnalist nazirin telefonunu oğurladı

Jurnalist nazirin telefonunu oğurlasa da, bunu gizli saxlaya bilmədi. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir. Belə ki, hadisə Mərakeşdə qeydə alınıb. Mərakeşli qadın jurnalist Bəhreynin mədəniyyət naziri Mai Bint Məhəmməd Əl Xəlifənin mobil telefonunu oğurlayıb.

Jurnalistlərlə görüşən nazir görüşdən sonra polisə mobil telefonunun itdiyi haqda məlumat verib. Video kameralardakı çəkilişlərə baxılandan sonra məlum olub ki, stolun üstündə olan nazirin telefonunu xanım jurnalistlərdən biri götürərək çantasına qoyub. Bir müddət sonra jurnalist evində həbs olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə