İranda sərnişin təyyarəsi qəzaya uğrayıb

İranda sərnişin təyyarəsi qəzaya uğrayıb

Avqustun 10-da İranda sərnişin təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində 40 nəfər, o cümlədən 7 uşaq həlak olub. İRNA Agentliyi xəbər verir ki, "Taban Hava Yolları" şirkətinə məxsus təyyarə yerli vaxtla saat 09:45-də Mehrabad Beynəlxalq Aeroportundan havaya qalxdıqdan az sonra mühərrikin sıradan çıxması nəticəsində Tehranın şimal–qərbindəki Azadi yaşayış məntəqəsinin yaxınlığında yerə düşüb.

Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə