Şimali İraqdakı neft əraziləri təhlükəsizlik orqanlarının nəzarətindədir

Şimali İraqdakı neft əraziləri təhlükəsizlik orqanlarının nəzarətindədir

Şimali İraqdakı neft quyuları və sahələri xüsusi təhlükəsizlik orqanlarının və polislərin nəzarətindədir. "İraq–Şam İslam Dövləti" ("İŞİD") adlı terrorçu qrupun bu ölkədəki fəaliyyəti neft əraziləri ətrafında təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə səbəb olub. Bu bölgədə fəaliyyət göstərən "Exxon", "Chevron", "Genel Energy" və "DNO" kimi neft şirkətləri bölgədəki vəziyyəti nəzarətdə saxlayır və öz işçilərinin təhlükəsizliyi üçün bəzi təlimatlar verirlər. İşçiləri istənilən vaxt ərazidən uzaqlaşdırmaq üçün avtomobillərin daim hazır vəziyyətdə saxlandığı bildirilir.

Hələlik bu bölgədən neftin boru kəməri ilə Ceyhana çatdırılmasında heç bir ləngimə yoxdur. Artıq bir həftədir ki, Şimali İraqdan Ceyhana gündə orta hesabla 100 min barel neft göndərilir.

Bütün xəbərlər Facebook səhifəmizdə