Gürcüstan xəbərdarlıq etdi

Gürcüstan Daxili İşlər Nazirliyi bu ölkədən Azərbaycana gətirilən avtonəqliyyat vasitələrinə qoyulan məhdudiyyətlə bağlı vətəndaşlarına xəbərdarlıq edib. SİA-nın məlumatına görə, qurumun bəyanatında bildirilir ki, Azərbaycanda "Euro-4" ekoloji standartına keçidlə əlaqədar olaraq, bu ilin avqustun 16-dan etibarən sözügedən standartın normalarına cavab verməyən avtonəqliyyat vasitələrinin müvəqqəti gətirilməsi zamanı gömrük orqanları tərəfindən müvəqqəti gətirilmə prosedurunun gömrük rəsmiləşdirilməsi üçün təsdiqedici sənədlər tələb olunacaq.

Sənədləşdirmə proseduru ilə Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) saytında tanış olmaq olar.

Məlumatda həmçinin qeyd olunub ki, yuxarıda qeyd olunan prosedur qaydaları müvafiq qanunvericiliklə tənzimlənir və onu pozan şəxslərə qarşı tədbirlər görüləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə