Çinin Yunnan vilayətində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 410-a çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbər görə, xəsarət alanların sayı isə, 2300-ə yaxındır. Xilasetmə işləri hazırda da davam edir. Bildirilir ki, xilasetmə işlərinə minlərlə hərbiçi, polis və yanğınsöndürənlər qatılıb.
Yeraltı təkanlar zamanı 12 mindən çox evin dağıldığı bildirilir.
Qeyd edək ki, Yunnan vilayətində son 14 ildə baş verən ən güclü zəlzələ baş verib. Təbii fəlakət 6.1 bal gücündə qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB