2 qadın + 1 kişi = 1 uşaq

İngiltərə səhiyyəsinə aid elm adamları hər kəsi təəccübləndirəcək icada imza atmaq niyyətindədirlər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, onlar ölkədə keçirilən tədbirlərin birində qeyd ediblər ki, əgər qanun da buna imkan versə, o zaman 2 il ərzində 3 insanın bir anda körpə sahibi olması təmin edilə bilərlər, hətta bunun üçün texnika da hazırlanır.

Yeni icad vasitəsilə iki ana və bir atadan körpə dünyaya gələ bilər. Ağlasığmaz nəticəni əldə etmək üçün təbii ki, iki qadının yumurtaları və bir kişinin spermasından istifadə olunacaq. Elm adamlarının icadı etməkdə məqsədləri bu sahə üzrə mövcud olan ölümcül xəstəliklərin (mitokondriyal) qarşısını almaqdır.

İngilis mütəxəssislərinin dediklərinə görə, bu günə qədər texnikanın zərərli olması ilə bağlı heç bir problem müşahidə olunmayıb. Ancaq yenə də başqa testlərə ehtiyac var.

Qeyd edək ki, hər 6500 körpədən biri ciddi xəstəliklə (mitokondriyal) doğulur. Mövcud xəstəlikdən əziyyət çəkən körpələrin bədənlərindəki enerji əskikliyi olduğundan onlar bədən funksiyalarını yerinə gətirə bilmir. Bu da əzələ gücsüzlüyü, korluq, ürək çatmazlığı və hətta ölümə yol aça bilir.

Bütün xəbərlər Facebook səhifəmizdə