“Nakri” tufanı bir nəfərin ölümünə səbəb olub

“Nakri” tufanı bir nəfərin ölümünə səbəb olub

Avqustun 4-də Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa mətbuat konfransında bildirib ki, "Nakri" tufanının Sikoku adasında törətdiyi leysan yağışlar nəticəsində bir nəfər həlak olub, daha bir nəfərin vəziyyəti isə ağırdır.

Y.Şuqa deyib: "Koti prefekturasında 1100 millimetr yağıntı düşüb. Yaxın sutkalar ərzində Sikokuda, Hokkaydoda və əraziyə yaxın digər şimal rayonlarda təhlükəsizlik tədbirlərinə ən ciddi şəkildə əməl olunmalıdır. Biz bir nəfərin həlak və digərinin çox ağır vəziyyətdə olması barədə məlumat almışıq. Bundan əlavə, yaşayış evlərinin su altında qalması barədə məlumatlar da daxil olmaqdadır".

Baş katibin bildirdiyinə görə, avqustun 4-ü səhər Nazirlər Kabinetində dəymiş ziyan barədə məlumatların toplanması və tufanın nəticələrinin aradan qaldırılmasına həsr olunmuş xüsusi iclas keçirilib.

Vüqar Ağayev

AzərTAc

Bütün xəbərlər Facebook səhifəmizdə