Yaponiyanın cənubundakı Kuçinoerabu adasında vulkan püskürüb

Yaponiyanın cənubundakı Kuçinoerabu adasında vulkan püskürüb

Avqustun 3-də Yaponiyanın cənubunda yerləşən Kaqoşima prefekturasının Kuçinoerabu adasında 34 illik fasilədən sonra yenidən vulkan püskürüb. Yerli meteostansiya idarəsi 3-cü dərəcəli xəbərdarlıq elan edib və əhaliyə Sindake dağına yaxınlaşmamağı məsləhət görüb.

Meteostansiyadan bildiriblər ki, saat 12:24-də püskürməyə başlayan vulkan 800 metr hündürlüyə kül atıb. Kül bütün adaya yayılıb.

Meteostansiyanın məlumatına görə, vulkan sabitləşsə də, əhali Sindake dağına yaxınlaşmamalıdır. Çünki növbəti analoji püskürmə kraterdən 2 kilometr radiusadək məsafəyə kül kütləsi ata bilər.

Vüqar Ağayev

AzərTAc

Bütün xəbərlər Facebook səhifəmizdə