ABŞ-ın paytaxtı Vaşinqtonda aralarında yəhudilərin də olduğu 20 mindən artıq insan İsrailin Qəzzaya hücumuna etiraz olaraq mitinq keçirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Ağ Ev qarşısında toplanan nümayişçilər "Washington Post" qəzetinin binasına doğru yürüş ediblər.
Yürüş zamanı İsrail əleyhinə şüarlar səsləndirən kütlə Qəzzaya hücumların dayandırılmasını və Fələstin torpaqlarının azad edilməsini tələb ediblər.
ABŞ prezidenti Barak Obamanın İsrailə açıq dəstəyindən dolayı tənqid atəşinə tutan nümayişçilər ABŞ-dan bu dəstəyi dayandırmağı tələb ediblər.
Nümayiş zamanı İsrail əleyhinə şüarlar səsləndirilib, bu ölkənin bayraqları yandırılıb.
Amerika mediasınıda qərəzli məlumat yaymaqda ittiham edən nümayişçilər"Washington Post" qəzetinin binası qarşısına simvolik uşaq tabutları düzüblər və "Utanın!" kimi şüarlar səsləndiriblər.
Mitinq zamanı İsrail tərəfdarl olan bir qrupla nümayişçilər arasında insident də yaşanıb. Ancaq vəziyyətə nəzarət edən polis vəziyyətin gərginləşməsinə imkan verməyib. Yenidən Ağ Ev qarşısına qayıdan nümayişçilər sonradan dağılışıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB