İsrail ilə HƏMAS arasında 3 günlük atəşkəs haqqında razılaşma qüvvəyə minər-minməz bölgədə yenidən silahlar işə düşüb. Euronews telekanalı xəbər verir ki, tərəflər razılaşmanın pozulmasında biri-birini günahlandırırlar. İsrail ordusunun rəhbərliyi iddia edir ki, Qəzza zolağında HƏMAS silahlıları tərəfindən hərbçilərə hücum təşkil olunub. Nəticədə 2 əsgər ölüb, bir zabit oğurlanıb. Atəşkəsin başlamasına bir neçə dəqiqə qalmış İsrail ərazisinə 6 raket atılıb.
İsrail tərəfi insidentin baş verdiyi rayonda hərbi əməliyyatları genişləndirib. Fələstin həkimlərinin məlumatına görə, cümə günü səhər Qəzzanın cənubunda yerləşən Rəmallaha endirilən aviazərbələr nəticəsində 50-dən çox insan həlak olub, 220 nəfər yaralanıb.
Türkiyənin Anadolu agentliyinin yaydığı məlumata görə, İsrailin Qəzzada apardığı hərbi əməliyyatlar nəticəsində ölənlərin sayı 1650-yə, yaralıların sayı isə 8900-ə yüksəlib. Qurudan, havadan və dənizdən edilən hücumlar 5 mindən çox evin yerlə-yeksan olunması ilə nəticələnib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB