Peru və Çili İsraildəki səfirlərini geri çağırıb

Latın Amerikası ölkələri İsraili Qəzzaya hücumunu dayandırmağa çağırıb
Peru və Çili İsraildəki səfirlərini geri çağırıb

Latın Amerikası (LA) ölkələri-Argentina, Braziliya, Boliviya, Paraquvay, Uruquvay, Venesuela İsrailin Qəzzaya hücumunu pisləyən bəyanat qəbul ediblər və hücumları dayandırmağa çağırıblar. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə qərar Venesuelanın paytaxtı Karakasda baş tutan Cənubi Amerika Ortaq Bazar-Mercosur toplantısında verilib.

Eyni zamanda LA ölkələrindən olan Peru və Çili isə Qəzzadakı son durumu analiz etmək üçün İsraildəki səfirlərini geri çağırıb.

Bundan başqa toplantıda quruma üzv ölkələr İsraillə Sərbəst Ticarət Anlaşmasının da dayandırılması haqqında qərar qəbul ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə