"Türkiyə Hava Yolları"na məxsus, İstanbuldakı Atatürk Hava Limanından uçuş edən iki təyyarə səmaya qalxdıqdan bir neçə dəqiqə sonra elə həmin limana məcburi eniş edib.
Türkiyə mətbuatının məlumatına görə, iyulun 28-də axşam saatlarında İstanbul - Klimancero və İstanbul – Berlin istiqamətlərində bir saat fərqlə hərəkət edən təyyarələri geri dönməyə məcbur edən hər ikisinin səmada uçan quş dəstəsinə çırpılmasıdır.
Bildirilir ki, məcburi enişlər normal həyata keçirilib və təyyarələr texniki müayinəyə göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB