Yunanıstan hökuməti Avropa Komissiyasına namizəd olaraq müdafiə naziri Dimitris Avramopulosu (Dimitris Avramopoulos) təyin edib. Bu haqda "EurActiv"in Yunanıstan ofisi xəbər verib.
İyulun 28-də hökumət Avropa Komissiyasının yeni prezidenti Jan-Klod Yunkerə rəsmi məktub göndərərək, seçimindən xəbər edib.
İlk mərhələdə hər kəs üçün əsas namizəd keçmiş xarici işlər naziri (2006-2009) Ntora Bakoyiannis olsa da, baş nazir Antonis Samaras onun Komissiyaya namizədliyinin müzakirə edilməsini bildirib.
Peşəkar diplomat və sabiq xarici işlər naziri işləyən Avramopoulos 2009-cu ildə "Yeni Demokratiya" partiyasının sədrliyinə namizəd olub. O, son anda öz namizədliyini geri çəkərək, Antonis Samarası dəstəkləmişdi. Beləliklə, Samaras partiya sədri seçilərək, hakimiyyətdə olan partiyaya başçılıq edir.
O vaxtdan Avramopulos Yunanıstan baş nazirinin yaxın müttəfiqinə çevrilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB