İtaliya Futbol Federasiyasına (FİGC) prezident olmağa əsas namizəd Karlo Toveççio afrikalı oyunçuları "banan yeyənlər" adlandırdıqdan sonra irqçilik burulğanına düşüb. Milli yığmanın dünya çempionatının qrup mərhələsindəki çıxışı uğursuz olduğuna görə xarici oyunçuların axını qaynar mövzu idi və 71 yaşlı Taveççio İtaliyanın da İngiltərə kimi Aİ-yə daxil olmayan ölkələrin oyunçuları ilə bağlı ciddi tələblərini təkrar etməyi təklif etmişdi.
"İngiltərədə onlar əvvəlcə gələn oyunçuları öyrənirlər. Əgər onlar peşəkardırsa, oyunçulara oynamağa icazə verilir", - deyə Taveççio İtaliyanın həvəskarlar liqasının (LND) yay yığıncağında bildirib.
"Burda biz bunun yerinə dünənə kimi banan yeyən və birdən-birə Latsio kimi birinci liqa oyunçusu olan "Opti Puba"nı alırıq", - o vurğulayıb.
"Baxın, necədir. İngiltərədə siz anketinizdə göstərilənləri nümayiş etdirməlisiniz və əslinizi göstərməlisiniz", - deyə o əlavə edib.
Jurnalistlərin sualları qarşısında isə Taveççio israrla bildirib ki, o nə dediyini yadına sala bilmir.
"Yadıma sala bilmirəm ki, "banan" sözünü ilətmişəm, ya yox. Amma mən İngiltərə futbolunun Afrika və digər ölkələrdən gələn oyunçulara olan tələblərinin anketində peşəkarlığa çağırmışam", - deyə o izah edib.
"Kimsə mənim sözlərimi təhqir kimi başa düşübsə, üzr istəyirəm", - Taveççio deyib.
İtaliya Həvəskarlar Liqasının (LND) rəhbəri olan Taveççionun 11 avqustdakı əsas vəzifəyə olan səsvermədə Milanın və İtaliyanın keçmiş yarımmüdafiəçisi Demetrio Albertiniyə qalib gələcəyi gözlənilir. Onların hər ikisi hal-hazırda İtaliya Futbol Federasiyasının (FİGC) vitse-prezidentidir.
Xatırladaq ki, İtaliya futboluna rəhbərlik edən orqana nəzarət uğrunda mübarizə keçmiş prezident Cankarlo Abetin İtaliyanın dünya çempionatındakı biabırçı və erkən çıxışından dərhal sonra istefa verməsi ilə başladı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB