Çində dünyanın ən böyük amfibiya-təyyarəsinin istehsalına başlanılıb. Uçub qalxma zamanı maksimal kütləsi 53,5 ton olacaq "TA600" təyyarəsi bir dəfəyə 5 min kilometr məsafə qət edə biləcəkdir. "Boeing 737" sərnişin təyyarəsindən bir qədər iri olan "TA600" xilasetmə işlərində və yanğına qarşı mübarizədə istifadə olunacaqdır.
Gələn ilin sonunadək hazır olacaq amfibiya-təyyarələr sınaq uçuşundan sonra satışa çıxarılacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB