Malayziya təyyarəsi Şərqi Ukrayna səmasında vurulub BMT-nin iddiası

Malayziya təyyarəsi Şərqi Ukrayna səmasında vurulub BMT-nin iddiası

"Malayziya Hava Yolları"na məxsus sərnişin təyyarəsi hazırda hökumət qüvvələri və separatçılar arasında döyüşlərin getdiyi Şərqi Ukrayna səmasında vurulub ki, bu da hərbi cinayət kimi qiymətləndirilə bilər. SİA-nın xəbərinə görə, bunu BMT-nin insan hüquqları üzrə ali komissarı Navanethem Pilley deyib.

Onun sözlərinə görə, hazırkı vəziyyəti nəzərə alsaq, beynəlxalq hüququn bu cür pozulması hərbi cinayət kimi qiymətləndirilə bilər: "Dəqiq və müstəqil araşdırma aparmağa çağırıram".

Qeyd edək ki, Amsterdamdan Kuala-Lumpura reys həyata keçirən "Boeing 777" təyyarəsinin vurulması nəticəsində 298 sərnişin həlak olub. Sərnişinlərdən 194-ü Niderland vətəndaşı olub. Təyyarə Donetsk vilayətində yerə düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə