Rusiyanın MiQ-29 təyyarəsi qəzaya uğrayıb

Rusiyanın MiQ-29 təyyarəsi qəzaya uğrayıb

Bu gün Rusiya Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus MiQ-29 təyyarəsi Həştərxan vilayəti ərazisində qəzaya uğrayıb.

Rusiya KİV-lərinin məlumatına görə, hərbi təyyarənin pilotu qəzada həlak olub. İlkin ehtimallara görə, qəzaya texniki nasazlıq səbəb olub.

Rusiya HHQ-nin komandanı Viktor Bondarev jurnalistlərə bildirib ki, 185 saylı hərbi döyüş hazırlığı mərkəzinə məxsus olan təyyarə nəzərdə tutulmuş plan üzrə təlim-məşq uçuşları həyata keçirirmiş.

Bütün xəbərlər Facebook səhifəmizdə