Qəzzada ölənlərin sayı 884-ə çatdı dəhşət

İsrailin iyulun 7-dən bu günə qədər mühasirədə saxladığı Qəzzaya təşkil etdiyi hücumlarda 884 nəfərin öldüyü, 5840 insanın isə yaralandığı deyilir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu Qəzzada vəzifəsini hələ də davam etdirən Fələstin Hökumətinin Səhiyyə Nazirliyinin rəsmisi Əşrəf-əl-Kudra deyib.

Onun sözlərinə görə, İsrailin Qəzza zolağına hava, quru və dənizdən təşkil etdiyi hücumlarda 208-i uşaq, 101-i qadın və 51-i yaşlı olmaqla 884 adamın həyatını itirib, 1779-u uşaq, 1112-si qadın və 230-u yaşlı olmaqla 5840 adam isə yaralanıb: "Qəzzanın müxtəlif bölgələrində baş verən hücumlarda 5 insan həyatını itirib, 10-u isə yaralanıb. Eyni zamanda şəhər mərkəzində bir evdə baş verən partlayışda 2 fələstinli ölüb, 15-i isə yaralanıb".

Bütün xəbərlər Facebook səhifəmizdə