Avropa Mərkəzi Bankının (AMB) saytına hakerlər tərəfindən müdaxilə olunub. SİA-nın xəbərinə görə, bu barədə AMB-nin məlumatında deyilir. Müdaxilə nəticəsində saytda qeydiyyatdan keçən istifadəçilərin elektron poçt ünvanları və digər məlumatlar oğurlanıb. Bu məlumatlardan bankın tədbirlərinə dəvət üçün istifadə olunub.
Bankdaxili kompüter şəbəkəsinin və bazara təsir edə biləcək məlumatların AMB-nin internetə qoşulmuş sistemlərinə aidiyyəti olmadığına görə onlara müdaxilə olmayıb.
Oğurlanan məlumatlar əsasən şifrlənmiş şəkildə saxlanılıb, lakin bəzi ünvanlar, telefon nömrələri və buna oxşar informasiyanı oxumaq mümkün olub. AMB nümayəndələri bəyan ediblər ki, məlumatların mühafizəsi üçün əllərindən gələni edəcəklər. Müdaxilə barədə məlumat Almaniya polisinə ötürülüb və araşdırmalara başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB