İranın dondurulmuş bank hesabları açılır

İran İslam Respublikasının nüvə proqramı ilə əlaqədar Vyanada Qərb dövlətləri ilə aparılan danışıqların nəticələri açıqlanıb. Bununla bağlı mətbuat konfransı keçirən xarici işlər nazirinin müavini Seyid Abbas İrakçı bildirib ki, yaxın 4 ay ərzində İranın xarici banklarda dondurulmuş 2 milyard 800 milyon dollar vəsaitinin sərbəstləşdirilməsi nəzərdə tutulur. Avqust ayında ölkənin bank hesablarına ilk olaraq 500 milyon dollar köçürüləcək.

Nazir müavini, həmçinin vurğulayıb ki, bununla yanaşı, İran dinc məqsədlər üçün nüvə proqramını həyata keçirməyə davam edəcək.

Rabil Kətanov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...