"Malayziya Hava Yollarına məxsus sərnişin təyyarəsi Rusiya tərəfindən vurulub". SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin baş naziri Rəcəp Tayyip Ərdoğan seçicilərin qarşısında çıxışı zamanı bəyan edib.
Onun sözlərinə görə, Malayziyaya məxsus sərnişin təyyarəsi Rusiya tərəfindən Ukraynanın hava sahəsində raketlə vurularaq salınıb: "Hollandiyadan Malayziyaya uçan təyyarə Ukrayna hava sahəsində vurulur. Bu necə yanaşmadır, bu necə anlayışdır? Bəs dünyada sülh üçün çalışacaqdıq?"
Xatırladaq ki, iyulun 17-də Hollandiyadan Malayziyaya uçan sərnişin təyyarəsi Ukraynanın Donetsk vilayəti üzərində qəzaya uğrayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB