Ukraynada qəza uğrayan təyyarənin “qara qutu”su taılıb

Ukraynada qəza uğrayan təyyarənin “qara qutu”su taılıb

Xilasedicilər Ukraynada qəzaya uğramış Malayziya avialaynerinin ikinci "qara qutu"sunu aşkar ediblər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, təyyarənin düşdüyü Topez şəhəri yaxınlığında döyüşçülər tərəfindən bir neçə əşya tapılıb. Onların "qara qutu" olduğu güman edilir. Məlumata görə, döyüşçülər birinci qutunu aşkar ediblər.

Xatırladaq ki, iyulun 17-də axşam "Malaysia Airlines" şirkətinin "Boeing 777" təyyarəsi Ukraynanın Donetsk vilayəti üzərində qəzaya uğrayıb. Göyərtəsində 298 sərnişin olan təyyarə Amsterdamdan Kuala-Lumpura uçurmuş. Qəzada sağ qalan olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə