Çex Respublikasının Baş naziri Boquslav Sobotka ehtimal edir ki, hakim koalisiyanın subyektləri (sosial-demokratlar, ANO hərəkatı və xristian-demokratlar) Avropa İttifaqında Çexiyanı təmsil edəcək yeni komissarın adı barədə gələn həftə razılığa gələcəklər.
Hökumətdə aparıcı rol oynayan sosial-demokratlar sabiq maliyyə naziri Pavel Mertlikin namizədliyində yenə israr edirlər.
Əvvəlcə Çexiyanın Avropa İttifaqına üzv olduğu ilk yarım ildə Avropa komissarı olmuş Pavel Teliçkanın namizədliyini dəstəkləyən ANO hərəkatı indi öz namizədi kimi regional inkişaf naziri Vera Yourovanı təklif edir.
Çex Respublikası özünün Avropa komissarını Avropa İttifaqında ya sənaye və nəqliyyat sahələrinin, ya da Avropa fondlarının kuratoru vəzifəsinə namizəd kimi irəli sürmək niyyətindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB