İyulun 9-da İndoneziyada keçirilmiş prezident seçkilərində səsvermə heç bir ciddi insident olmadan başa çatmışdır. İndoneziyanın "Kompas" nəşrinin verdiyi məlumata görə, ilkin exit-polların nəticələrinə əsasən Cakartanın qubernatoru Cako Vidodo irəlidədir. O, səslərin 55,93 faizini, rəqibi, general-leytenant Prabovo Subianto isə 44,07 faizini toplamışdır.
Sosioloqların məlumatına əsasən, seçicilərin 71,09 faizi səsvermədə iştirak etmişdir.
İndoneziyada seçkilər zamanı səsverməyə cəmi altı saat vaxt ayrılır. Səhər saat 7:00-da açılan seçki məntəqələri saat 13:00-dək seçiciləri qəbul etmişdir.
Vüqar Ağayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB