“Azərbaycan – tolerantlıq məkanı” mövzusunda fotosərgi açılıb

“Azərbaycan – tolerantlıq məkanı” mövzusunda fotosərgi açılıb

Xəbər verdiyimiz kimi, altı aydan artıqdır ki, "Azərbaycan – tolerantlıq məkanı" mövzusunda fotosərgi İsrailin müxtəlif şəhərlərini dolaşmaqdadır. Diasporla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, iyulun 8-də Lod şəhərində Heydər Əliyev Fondunun və Milli Tolerantlıq Mərkəzinin birgə dəstəyi ilə İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası (Azİz) tərəfindən təşkil olunmuş sərgi xüsusilə yaddaqalan olmuşdur.

Sərgini Azİz-in nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman açaraq qonaqları salamlamış və tədbirin əhəmiyyətindən söz açmışdır.

Sonra vəkil İlana Laytmanın əsrlər boyu Azərbaycanda yaşayan yəhudilərin həyatı barədə maraqlı məruzəsi dinlənilmişdir.

Çıxışlardan sonra israilli telejurnalistin Bakı səfəri zamanı hazırladığı sənədli film nümayiş olunmuşdur.

İştirakçılara vaxtı ilə Qafqazda yaşamış incəsənət ustalarının konserti təqdim edilmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə