Xəbər verdiyimiz kimi, iyunun 14-də Əfqanıstan İslam Respublikasında prezident seçkilərinin ikinci turu keçirilmişdir. Səsvermənin ikinci turunda mübarizə sabiq xarici işlər naziri Abdullah Abdullah və keçmiş maliyyə naziri Əşrəf Gani Ahmedzey arasında aparılmışdır.
Türkiyə mətbuatının məlumatına görə, iyulun 7-də Əfqanıstan Azad Seçki Komissiyası səsvermənin nəticələrini açıqlamışdır. Bildirilir ki, səsvermədə iştirak etmiş seçicilərin 56,49 faizi Ə.G. Ahmedzeyə, qalanları isə A.Abdullaha etimad göstərmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB