Poroşenko: “Dövlət Bayrağını qaldırılsın”

Poroşenko: “Dövlət Bayrağını qaldırılsın”

Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin şərqindəki strateji əhəmiyyətli Slavyansk şəhərinin separatçı-terrorçu qruplaşmalardan azad edilməsi ilə bağlı açıqlama verib. SİA Ukrayna prezidentinin "Facebook" səhifəsinə istinadən verdiyi xəbərə görə, Prezident Baş Qərargah rəisinə Slavyansk üzərində Ukraynanın Dövlət Bayrağını qaldırması ilə bağlı tapşırıq verib.

"Silahlı Qüvvələrin Baş Qərargah rəisi Viktor Mujenko mənə xəbər verdi ki, bu gecə silahlılar Slavyanskdan çıxmağa cəhd göstərib və Ukrayna hərbçilərinin atəşi altında qalıblar. Nəticədə silahlılara məxsus 1 tank, 2 "BMP" və 2 "BMD" vurulub. Hazırda Slavyanskda Silahlı Qüvvələrin və Milli Qvardiyanın kəşfiyyatı çalışır. Yerli sakinlər silahları gətirib bizim hərbçilərə təhvil verirlər. Mənim elan etdiyim sülh planı çərçivəsindəki tərksilah elə bu deməkdir. Baş Qərargah rəisinə tapşırıq verdim ki, Slavyansk üzərində Ukraynanın Dövlət Bayrağını qaldırsın" - deyə, qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə