Latviyada fövqəladə vəziyyət elan edilib

Latviyada fövqəladə vəziyyət elan edilib

Latviyanın Afrika donuz taunu xəstəliyinin riskinə məruz qalan rayonlarında fövqəladə vəziyyət elan edilmişdir. Latviya Seymi iyulun 4-də müvafiq qərarı təsdiq etmişdir.

Hazırda 12 qabanda və üç ev donuzunda virus aşkar edilmişdir.

Dauqavpils, Rezekne və Ludza diyarlarının bir sıra nahiyələrində, habelə Kraslava, Daqda, Zilupe və Sibl diyarlarında oktyabrın 1-nə qədər fövqəladə vəziyyət rejimi fəaliyyət göstərəcəkdir.

Ərzaq-Baytarlıq Xidməti xəstəliyin yayılmasının qarşısının alınmasına dair tədbirlərə nəzarət edəcəkdir. Meşə Xidmətinə qabanların populyasiyasının vəziyyətini operativ qiymətləndirmək və heyvanların bir hissəsinin ovlanmasını təmin etmək tapşırılmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə