Ukraynada atəşkəs bu gün başa çatdı

Poroşenko tərəfindən sülh planı çərçivəsində elan olunan atəşkəsin vaxtı sona çatır
Ukraynada atəşkəs bu gün başa çatdı

Bu gün 22:00-da Ukrayna prezidenti Petr Poroşenko tərəfindən sülh planı çərçivəsində elan olunan atəşkəsin vaxtı sona çatır. İyunun 20-də P. Poroşenko antiterror əməliyyatı zonasında hərbçilər tərəfindən birtərəfli qaydada atəşkəs elan olunması barədə əmr vermişdi. Əmr ilkin olaraq 27 iyuna kimi nəzərdə tutulmuşdu. Sonradan atəşkəs 30 iyun 22:00-a kimi uzadıldı.

Qeyd edək ki, barışıq zamanı Donetsk və Luqanskda təşkilatlanan rusiyameyilli separatçılar hərbçilərə və dinc əhaliyə qarşı hücumlarını davam etdirbilər. Bu toqquşmalar zamanı ölən və yaralananlar var.

Bütün xəbərlər Facebook səhifəmizdə