Yaponiyada ən yüksək texnoloji innovasiyalar elan edilib

Yaponiyada ən yüksək texnoloji innovasiyalar elan edilib

Sürətlə bişən əriştə, "Şinkansen" sürət qatarları və manqa animasiyaları Yaponiyada II Dünya Müharibəsindən sonra ən yüksək texnologiya nümunələri kimi seçilmişdir.

Yaponiya İxtiralar və İnnovasiyalar İnstitutu hələlik bu ölkədə sənayenin və ümumiyyətlə, iqtisadiyyatın tərəqqisinə, ölkədə həyat şəraitinin yaxşılaşmasına güclü təkan vermiş 38 texnoloji innovasiyanı müəyyən etmişdir.

İnnovasiyaların ilk onluğuna, həmçinin hibrid avtomobillər və uoşlet tualetlər daxil edilmişdir.

Hələlik İnstitut yüksək innovasiyaların ilk qrupunu seçmişdir və yüzlüyə daxil olacaq digər belə texnologiyaları da müəyyən etmək niyyətindədir.

Vüqar Ağayev

Bütün xəbərlər Facebook səhifəmizdə