Bolqarıstanda güclü yağışlar nəticəsində Varna şəhərində 10 nəfər həyatını itirmişdir. Ölənlərin arasında beş yaşlı uşaq da vardır.
Ölkə polisinin məlumatına əsasən, bu liman şəhərinin küçələrini su basmış, nəqliyyatın hərəkətı dayanmışdır. Təcili tibbi yardım maşınlarının xəsarət alanların yardımına yetişməsində ciddi problemlər vardır. Varnanın bir çox rayonlarının elektrik enerjisi ilə təchizatında fasilələr baş verir.
Bolqarıstanın Baş naziri Plamen Oreşarski şəhərdə xilasetmə işlərinin əlaqələndirməsi ilə bağlı Baş nazirin müavini, daxili işlər naziri Tsvetlin Yovçevə tapşırıq vermişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB