Prezidentlər arasında telefon danışığı olub

Prezidentlər arasında telefon danışığı olub

Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Pyotr Poroşenko arasında telefon danışığı olub. Bu barədə SİA rus mətbuatına istinadən xəbər verir. Məlumata görə, danışıq zamanı əsas mövzu Şərqi Ukraynada mümkün atəşkəs planı və Luqanskda iki rusiyalı jurnalistin öldürülməsi məsələsi olub. Putin yaxın günlərdə iki rusiyalı televiziya jurnalistinin həyatını itirməsi ilə bağlı xüsusi narahatlığını bildirib. P. Poroşenko başsağlığı verərək jurnalistləri qorumaq üçün müəyyən tədbirlər görüləcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə