Türk qırıcıları İraqın Mosul şəhərinə kəşfiyyat uçuşları edib
Kəşfiyyat qüvvələrinin verdiyi xəbərdə bildirilir ki, "Təcili" kodu ilə havalanan F-16 qırıcıları bölgəni izləmək məqsədi ilə Mosula hərəkət edib. Mosulda türk konsulluğunu zəbt edib işçiləri girov götürən İŞİD qüvvələri türk qırıcıları tərəfindən tez-tez izlənilir.
Digər yayılan xəbərdə bildirilir ki, kəşfiyyat məlumatları toplamaq üçün Baş qərargahdan bölgəyə 8 ədəd F-16 qırıcısı göndərilib. Məqsəd İŞİD nəzarətində olan bölgələrə kəşfiyyat uçuşu etmək olub.
Təqribən 3 saat sürən uçuşdan və kəşfiyyat məlumatları toplandıqdan sonra qırıcılar heç bir problem yaşamadan bazaya dönüb.
Kəşfiyyat uçuşlarının İraq və ABŞ nümayəndələrilə koordinasiyalı olaraq reallaşdırıldığı bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB