Əfqanıstanda prezident seçkilərinə səsvermənin ikinci turu keçirilir

Əfqanıstanda prezident seçkilərinə səsvermənin ikinci turu keçirilir

Əfqanıstan İslam Respublikasında prezident seçkilərinə səsvermənin ikinci turu keçirilir. Mübarizə sabiq xarici işlər naziri Abdullah Abdullah və keçmiş maliyyə naziri Əşrəf Gani Ahmedzey arasında gedir.

Türkiyə KİV-ləri xəbər verir ki, səhər saatları Kabulda səsvermədə iştirak edən Əfqanıstan İslam Respublikasının Prezidenti Həmid Kərzai xalqı səsvermədə fəal iştirak etməyə dəvət edib.

Xatırladaq ki, səsvermənin birinci turu aprelin 5-də keçirilmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə