Braziliyanın cənubunda güclü daşqınlar onlarla insanın həyatına son qoyub. Braziliya hökuməti ölkənin 130 şəhərində, o cümlədən futbol üzrə dünya çempionatı yarışılarının keçiriləcəyi Curitibada fövqalədə vəziyyət elan edib. Buna onlarla insanın həyatına son qoyan güclü daşqınların səbəb olduğu bildirilib.
Dörd gün ara vermədən yağan yağışlar ölkənin Argentina və Paraqavay ilə sərhəddə yerləşən bölgəsində ciddi problemlər yaradıb. Bölgədə 500 min insan təhlükəsiz yerə köçürülüb. İran və Nigeriya yığma futbol komandaları arasında yarışın keçiriləcəyi Curitiba şəhərində insan tələfatı olmasa da, 500 sakin evlərini tərk etmək məcburiyyətində qalıb.
Hökumət təbii fəlakətin fəsadlarını aradan qaldırmaq üçün hərbçiləri səfərbər edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB