QDİƏT XİN rəhbərlərinin XXX iclası keçiriləcək

QDİƏT XİN rəhbərlərinin XXX iclası keçiriləcək

İyunun 19-da Bolqarıstanın Varna şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) xarici işlər nazirləri şurasının XXX iclası keçiriləcək. SİA-nın Rusiya XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə infrastruktur layihələrin reallaşmasına quruma üzv ölkələrin fəallığının artırılması, habelə perspektivdə duran məsələlər müzakirə ediləcək.

XİN başçıları nəqliyyat və idman nazirlərinin görüşləri zamanı əldə olunmuş anlaşmaları nəzərdən keçirəcəklər və Bolqarıstanın QDİƏT–də sədrliyinə qiymət verəcəklər.

Tərəflər əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələləri də müzakirə edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə