Yunanıstanın Baş naziri Antonis Samaras Gikas Hardouvelisi ölkənin yeni maliyyə naziri təyin etmişdir. Pireu Universitetinin professoru Gikas Hardouvelis yeni vəzifəyə təyinatdan əvvəl Eurobankın iqtisadi məsələlər üzrə müşaviri vəzifəsində çalışırdı. O, 2012-ci ildə Yunanıstanın borclarının restrukturizasiyası danışıqlarında iştirak etmişdir.
Sabiq maliyyə naziri Yannis Stournaras isə Yunanıstan Milli Bankına sədrlik edəcəkdir. Ölkədə son zamanlar sərt iqtisadi islahatların tətbiqinə görə tənqid olunan hökumətin yeni islahat istiqamətli hökumətlə əvəz olunması nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB