Prezidentin “kürəkəni” həbs edildi

Prezidentin “kürəkəni” həbs edildi

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin insan oğurluğunda ittiham olunan keçmiş kürəkəni Rahat Əliyev Vyanada həbs olunub. SİA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, onun həbsi üçün order hələ mayın 19-da verilmişdi.

Rahat Əliyevin nümayəndəsi Manfred Aynedter Avstriya mətbuatına bildirib ki, keçmiş diplomat hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməyə qərar verərək, özü könüllü olaraq polisə təslim olub.

Qeyd edək ki, Rahat Əliyev 2008-ci ildə vətənində hakimiyyəti ələ keçirməkdə və insan oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar qrupu yaratmaqda ittiham olunaraq, 40 il qiyabi həbs cəzasına məhkum edilib. 2011-ci ilin iyununda Vyana məhkəməsi R.Əliyevi ekstradisiya etməkdən imtina edib.

Qazaxıstan Prokurorluğu həmçinin Rahat Əliyevin 2006-cı ildə müxalifətçi Altınbek Sarsenbaevin qətli ilə əlaqəli olduğunu güman edir.

Bütün xəbərlər Facebook səhifəmizdə