Qatarlar toqquşdu 10 nəfər öldü

Qatarlar toqquşdu 10 nəfər öldü

İranın şimalında sərnişin və yük qatarlarının toqquşması nəticəsində azı 10 nəfər ölüb, onlarla insan xəsarət alıb. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, qəzaya uğrayan sərnişin qatarı Məşhəd şəhərindən paytaxt Tehrana hərəkət edib. Qatarda ümumilikdə 340 sərnişinin olduğu bildirilir.

Ölü və yaralıların sayının artacağı ehtimal olunur.

Hadisənin səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə